...

Beyləqanda intihar hadisəsi baş verib

Hadisə Materials 12 İyun 2007 11:20 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Beyləqan rayonunda intihar hadisəsi qeydə alınıb. Trend in bölgə müxbirinin sözlərinə görə, dünən Beyləqanda müvəqqəti məskünlaşan Füzuli rayonundan məcburi köçkün, 1963-cü ildə anadan olmuş Vidadi Soltan oğlu Həsənov inttihar edib.

Beyləqan rayon Polis Şöbəsindən çərşənbə axşamı bildiriblər ki, hazırda hadisənin səbəbləri araşdırılır. Faktla bağlı Beyləqan rayon Prokurorluğunda cinayət işi açılıb.

Beyləqan paytaxt Bakıdan 400 kilometrə yaxın məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti