...

Gədəbəydə əsgərləri daşıyan hərbi maşın aşıb

Hadisə Materials 9 Avqust 2007 16:14 (UTC +04:00)
Gədəbəydə əsgərləri daşıyan hərbi maşın aşıb

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Gədəbəydə əsgərləri daşıyan hərbi avtomobil aşıb. Cümə axşamı hərbi mənbələrdən Trend ə daxil olan məlumata görə, avqustun 7-də Gədəbəyin Şurabad kəndi yaxınlığında yoxuşu qalxarkən N saylı hərbi hissəyə məxsus avtomobil aşıb. Müddətdən artıq hərbi xidmətdə olan Cəmaləddin Bayramovun idarə etdiyi avtomobilin aşması nəticəsində N saylı hərbi hissənin bir əsgəri, ötən ilin oktyabrında Bərdə rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Ağdamın Qiyaslı kəndində anadan olmuş Vüsal Mehdiyev həlak olub, 4 əsgər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alan əsgərlər hospitala yerləşdiriliblər.

Faktla bağlı Qazax Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 351.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan maşınları idarəetmə və istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb.

Müdafiə Nazirliyindən məlumatı hələlik təsdiqləmək mümkün olmayıb.

Ötən ayın sonunda isə Gəncədə əsgərləri daşıyan hərbi maşın qəzaya uğramışdı. Hərbi maşında 28 əsgər olub. Onlardan 26-sı yüngül xəsarət, 2-si isə kəllə-beyin travması almışdı.

Xəbər lenti

Xəbər lenti