...

Bakıda uçmuş binanın altından sağ insan çıxarılıb (video)

Hadisə Materials 29 Avqust 2007 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , İ.Əlizadə/ Hadisə yerindən Trend in müxbinin verdiyi məlumata görə, çərşənbə axşamı Bakıda Məmməd Naxçıvani küçəsində uçmuş 16 mərtəbəli binanın dağıntıları altından bu gün fəhlə Vüqar Əfəndili çıxarılıb.

Təcili yardım maşını 30 yaşlı Əfəndilini xəstəxanaya aprarıb. Yaralının vəziyyəti barədə məlumat verilmir. O, Bakıya Astara rayonundan gəlib.

Çərşənbə axşamı saat 17.00 radələrində "Mütəfəkkir" şirkətinin inşa etdirdiyi bina uçub. Şirkətin rəhbəri Əsgər Əliyev Azərbaycanın Cinayət Məcəlləsinin 222-ci maddəsi (tikinti, mədən işləri və digər işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) ilə həbs olunub.

Hadisə yerindən əldə olunan son məlumatlara görə, binanın uçması nəticəsində səkkiz nəfər ölüb.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev uçmuş 16 mərtəbəli binanın ərazisinə gəlib və tikintinin uçmasının səbəbinin araşldırılması ilə bağlı müvafiq sərəncam verib. Hadisə yerində xilasetmə işləri davam edir.

Xəbər lenti

Xəbər lenti