...

Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altından çıxarılan fəhlə cəsədlərindən birinin şəxsiyyəti müəyən olununb

Hadisə Materials 3 Sentyabr 2007 20:12 (UTC +04:00)
Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altından çıxarılan fəhlə cəsədlərindən birinin şəxsiyyəti müəyən olununb

Azərbaycan, Bakı / Trend , müxbir G.Hüseynli/ Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altından çıxarılan fəhlə cəsədlərindən birinin şəxsiyyəti müəyyən olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tural Museyibov məlumat verib. Şəxsiyyəti müəyyənləşən -- 1976-cı il təvəllüdlü Məmmədov Namiq Qasım oğludur. O, Bakıdakı tikintiyə Gürcüstanın Marneuli rayonundan gəlib.

Azərbayanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi verilən məlumata görə,avqustun 28-də Bakıda tikilən 16 mərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 15 nəfər təşkil edir. Hazırda dörd zərər çəkmişdən üçünə tibbi yardım göstərilir. Onlardan biri - Astara rayon sakini İmaməliyev Razi Elsəvər oğlu evə buraxılıb.

Yardım göstərilən zərərçəkənlər:

1.Axundov Avəzağa Bəşirağa oğlu - 24 yaş. Astara. Vəziyyəti orta-ağır (Kliniki Tibb Mərkəzi)

2.Əfəndiyev Vüqar Mirmahmud oğlu - 22 yaş. Xırdalan şəhəri. Vəziyyəti orta-ağır. (Kliniki Tibb Mərkəzi)

3.İbrahimov İbrahim Məhəmmədəli oğlu - 57 yaş. Abşeron rayonu, Saray qəsəbəsi. Vəziyyəti qənaəbəxşdir (Travmotologiya və Ortopediya institutu)

Ölənlər:

1.Feyzullayev Arif Məhərrəməli oğlu - 1968-ci il təvəllüdlü (Astara) (qohumlarına verilib)

2.Babayev Emil Seyfulla oğlu - 1980-cü il təvəllüdlü (Astara) (qohumlarına verilib)

3.Feyzullayev Qabil Məhərrəm oğlu - 1977-ci il təvəllüdlü (Astara) (qohumlarına verilib)

4.Feyzullayev Sakit Adil oğlu - 1982-ci li təvəllüdlü (Astara) (qohumlarına verilib)

5.Məhəmmədov Aydın Rəsul oğlu - 1962-ci il təvəllüdlü (Qax. Qaşqar kəndi) (qohumlarına verilib)

6.Məhəmmədov Arzu Abbasəli oğlu - 1974-cü il təvəllüdlü ( Gəncə. İmamzadə kəndi) (qohumlarına verilib)

7.Məmmədov Fərhad Qədim oğlu - 1964-cu il təvəllüdlü (Goranboy) (qohumlarına verilib).

8. İmaməliyev Razi Elsevər oğlu - 1978-ci il təvəllüdlü (Astara. Ərzican kəndi) (qohumlarına verilib)

9. Amanov Qadir Qərib oğlu - 1981-ci il təvəllüdlü (Salyan rayonu. Kərimbəyli kəndi) (qohumlarına verilib)

10. Orucov Valeh Abbas oğlu - 1964-cü il təvəllüdlü (Sabirabad rayonu. Minbaşı kəndi) (qohumlarına verilib)

11.Hüseynov Xalid Ağasan oğlu-1985-ci il təvəllüdlü. (Salyan rayonu. Kərimbəyli kəndi) (qohumlarına verilib)

12. Fətullayev Seyidağa İsmayıl oğlu-1969-cu il təvəllüdlü. (Sabirabad rayonu. Mumbaşı kəndi) (qohumlarına verilib)

13. Məmmədov Suraddin Nuraddin oğlu-1960-cı il təvəllüdlü. (Qax rayonu. Marsan kəndi) (əvvəlcə tanınmamış iki meyitdən biri) (qohumlarına verilib)

14. Aslanov Cəmil Təmil oğlu-1948-ci il təvəllüdlü (Sumqayıt şəhəri) (qohumlarına verilib)

15. Məmmədov Namiq Qasım oğlu - 1976-cı il təvəllüdlü (Gürcüstanın Marneuli rayonu)

Xəbər lenti

Xəbər lenti