...

İnsanda göz yaşına qarşı allergiya

Maraqlı Materials 18 Dekabr 2011 11:35 (UTC +04:00)
İngiltərəli Keti Dell dünyada ancaq 35 insanda rast gəlinən nadir örə xəstəliyi növü ilə mübarizə aparır. Belə ki, 26 yaşlı Dellin vücuduna su dəyməməlidir.
İnsanda göz yaşına qarşı allergiya

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir M.Salmanov/

İngiltərəli Keti Dell dünyada ancaq 35 insanda rast gəlinən nadir örə xəstəliyi növü ilə mübarizə aparır. Belə ki, 26 yaşlı Dellin vücuduna su dəyməməlidir. Çünki onun suya qarşı allergiyası var. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.

Romantik filmlərə baxa bilmədiyini deyən Dellin sözlərinə görə, ağlayanda belə göz yaşlarına qarşı allergiyası olur. Tərləməməsi tələb olunduğuna görə, o, rəqs müəllimi peşəsindən ayrılmaq məcburiyyətində qalıb.

Dell yağışlı havada evdən çıxa bilmir. 16 yaşında bu xəstəliyə düçar olan Dell hamamda ancaq bir neçə saniyə qala bilir. Xəstəliyinin hələlik müalicəsi tapılmadığına görə, Dell ömrünün qalan hissəsini də sudan uzaq durmaq məcburiyyətindədir.

Xəbər lenti

Xəbər lenti