...

Mikrodalğalı sobada hazırlanan yeməklər zərərlidir

Maraqlı Materials 4 Fevral 2012 18:12 (UTC +04:00)
Ukraynalı ekoloq alimlər belə bir qənaətə gəliblər ki, mikrodalğalı sobalar insan orqanizminin enerjisini molekulyar səviyyədə dəyişdirir.
Mikrodalğalı sobada hazırlanan yeməklər zərərlidir

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Ukraynalı ekoloq alimlər belə bir qənaətə gəliblər ki, mikrodalğalı sobalar insan orqanizminin enerjisini molekulyar səviyyədə dəyişdirir. Ona görə də mütəxəssislər uşaqlara və hamilə qadınlara belə sobalarda hazırlanan qidaları yeməyi məsləhət görmürlər. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən xəbər verir.

Alimlər suyu mikrodalğalı sobada qaynamazdan əvvəl və sonra analiz ediblər. Məlum olub ki, elektromaqnit dalğaları sudakı molekulların strukturunu dəyişdirir. Axı orqanizmimizin yarısından çoxu məhz sudan ibarətdir!

Ona görə də mikrodalğalı sobalardan immuniteti zəif olan şəxslərin, hamilə qadınların və uşaqların istifadə etməsi təhlükəlidir. Məhsul və mayelərdən daxil olan pis energetika qanın və limfaların tərkibini dəyişdirir, xərçəng şişlərinin inkişafına təhrik edir.

Xəbər lenti

Xəbər lenti