...

Ölümsüz canlı tapıldı

Maraqlı Materials 28 Fevral 2012 15:59 (UTC +04:00)
Böyük Britaniyanın Nottingem Universitetinin alimləri "əbədi yaşayan" canlını kəşf etdikləri barədə maraqlı bir bəyanatla çıxış ediblər.
Ölümsüz canlı tapıldı

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir X.Murtuzayeva/

Böyük Britaniyanın Nottingem Universitetinin alimləri "əbədi yaşayan" canlını kəşf etdikləri barədə maraqlı bir bəyanatla çıxış ediblər. Bu barədə Trend çərşənbə axşamı Türkiyə KİV-ə istinadən məlumat verir.

Alimlər hüceyrələrini, hətta beynini belə ardıcıl olaraq yeniləyə bilən canlı növünün ölümsüzlüyə aparan yolda açar ola biləcəyini düşünürlər.

Aparılan araşdırmalar nəticəsində göllərdə və kiçik su hövzələrində yaşayan "planariya yastı qurdları"nın özlərini dayanmadan yeniləmə bacarığına qadir olduqları ortaya çıxıb.

Bu qurdlar ikiyə bölünsələr də, baş hissə yenidən quyruq hissəni əmələ gətirə bilir. Ən maraqlısı odur ki, quyruq hissənin özü də yeni bir baş hissə əmələ gətirir. Təcrübələr yastı qurdların iyirmi yerə bölündüyü və kəsilən parçalardan 20 yeni yastı qurdun yarandığını göstərib.

Araşdırma aparan Nottingem Universitetinin alimlərindən Əziz Əbubəkr təkcə bir yastı qurdu parçalara böldüyünü, özlərini yeniləməklə 20 min yastı qurdun əmələ gələrək tam bir sürüyə sahib olduğunu bildirib. "Fikrimcə, bu canlılar ölümsüzdür", - o deyib.

Qeyd edək ki, yastı qurdların beyinləri sinir hüceyrələrindən ibarət ibtidai quruluşa malikdirlər. Bu hüceyrələr canlının orqanizmində gövdə hüceyrələrə çevrilir ki, bununla da ən kiçik parçanın bütöv bir qurda çevrilməyə qadir olduğu bildirilir.

Aparılan araşdırmalar insanların qocaldıqca belə sağlam qalacaqlarına ümidləri artırır.

Xəbər lenti

Xəbər lenti