...

Üç aylıq pişiyin Çindən Los-Ancelesə səyahəti

Maraqlı Materials 18 İyul 2012 14:46 (UTC +04:00)
Üç aylıq körpə pişik bir konteynerin içində aç susuz Şanxaydan Los-Ancelesə gəlib. Trend Türkiyə mətbuatına istinadən yazır.
Üç aylıq pişiyin Çindən Los-Ancelesə səyahəti

Üç aylıq körpə pişik bir konteynerin içində aç susuz Şanxaydan Los-Ancelesə gəlib. Trend Türkiyə mətbuatına istinadən yazır.

Çində Ni Hao (Çin dilində mənası "Afərin") adı verilən pişik Şanxayda mindiyi konteynerdə iki həftə qalıb. Ac və susuz şəkildə Los-Ancelesə gəlib çatan pişiyin yeriməyə taqəti olmasa da sağ qalıb.

Baytralıq Xidmətinin əməkdaşı Marsia Mayedanın sözlərinə görə, körpə pişik çox davamlıdır, bir neçə gün ərzində o, tamamilə sağalacaq. O, pişiyin əslində 60 gün karantində qalmalı olduğunu, lakin bundan daha əvvəl yeni sahibini tapmasının mümkünlüyünü də qeyd edib.

Xəbər lenti

Xəbər lenti