...

İşdə gərginlik insanı öldürə bilər

Maraqlı Materials 17 Sentyabr 2012 11:02 (UTC +04:00)
Alimlər müəyyən ediblər ki, əgər işdə yüksək tələblər varsa, amma insan öz iş vəziyyətinə nəzarət edə bilmirsə, bunun axırı pis qurtara bilər.
İşdə gərginlik insanı öldürə bilər

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Müşahidələr göstərir ki, işdə gərginlik insanı öldürə bilər. Alimlər müəyyən ediblər ki, əgər işdə yüksək tələblər varsa, amma insan öz iş vəziyyətinə nəzarət edə bilmirsə, bunun axırı pis qurtara bilər.

Trend-in BBC-yə istinadən verdiyi məlumata görə, iki yüz minə yaxın insan barədə məlumatların daxil oldugu 13 tədqiqatın təhlili göstərib ki, işdə gərginlik ürək tutması və ürəyin işemik xəstəliyindən ölüm riskini 23 faiz artırır.

Britaniyanın Kardiologiya Fondunun əməkdaşlarının sözlərinə görə, hər şeyə stress və ona reaksiya səbəbkardır. London Universiteti kollecinin mütəxəssisləri isə əmindirlər ki, istənilən peşə problem yarada bilər. Lakin daha az ixtisaslı işçilərdə çətinliklər daha tez-tez yaranır. Belə bir qanunauyğunluq mövcuddur ki, məsələn, daim qərar qəbul etməli olan həkim daim istehsalatda işləyən fəhlədən daha az təzyiqə məruz qalır. Deməli, həqiqətən hər şey iş fəaliyyətindəki şəxsi azadlığa dayanır. Aparılan sorğuların nəticələri də bunu söyləməyə əsas verir.

Alimlərin fikrincə, əgər psixoloji yüklənmə aradan qaldırılarsa, ürək tutmaları və xəstəlikləri ilə bağlı halların qarşısını 3,4 faiz almaq mümkündür. Lakin hamı siqaret çəkməyi tərgitsəydi, bu say 36 faizə enə bilərdi. Alimlər qeyd edirlər ki, işdə stress qarışıq effekt doğurur. O, öz-özlüyündə ziyan vurur və insanları daha çox siqaret çəkməyə, spirtli içkidən istifadə etməyə vadar edir.

Xəbər lenti

Xəbər lenti