Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir X.Murtuzayeva/
Ən qocaman qalaktikanın məlum olduğundan daha yaşlı olduğu aydın olub. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.
ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun alimlərinin "Habl" kosmik teleskopu vasitəsilə apardıqları araşdırma nəticəsində bu qalaktikanın yaşının 13,2 milyard deyil, 13,3 milyard il olduğu məlum olub.
Bu zaman alimlər qalaktikanın yaşını müəyyən etmək üçün onlardan daha əvvəl çalışmış beynəlxalq qrupun istifadə etdiyi üsuldan deyil, daha fərqli qaydadan yararlanıblar. Araşdırmanın nəticələri barədə "Astrophysical Journal Letters" jurnalında ətraflı məlumat verilib.
Qeyd edək ki, ötən il alimlərdən ibarət digər bir qrup "Habl" teleskopu ilə həyata keçirdikləri tədqiqat zamanı qalaktikanın yaşının 13,2 milyard il olduğu qənaətinə gəlmişdi.