...

Meksikada keçirilən regional seçkilərdə pişik 600 "səs" qazanıb

Maraqlı Materials 12 İyul 2013 10:57 (UTC +04:00)
Meksikada keçirilən regional seçkilərdə Morris ləqəbli pişik seçiçilərin təxminən 600-ün səsini qazanıb.
Meksikada keçirilən regional seçkilərdə pişik 600 "səs" qazanıb

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir E.Tanrıverdiyev/

Meksikada keçirilən regional seçkilərdə Morris ləqəbli pişik seçiçilərin təxminən 600-nün "səsini" qazanıb. Bu barədə Trend "Animal Politico" saytına istinadən xəbər verir.

Pişiyə Verakrus, Pueblo, Sakatekas, Aquaskalentes, Kintana-Roo, Koauilo və Aşağı Kaliforniya ştatlarından səs veriblər.

Seçicilər Morris ləqəbəni meriya və qubernatorluqlarda qeydiyyatdan keçməyən namizədlər üçün xüsusi olaraq ayrılmış qrafaya yazıblar.

Pişik özü isə, Verakrus ştatının Halapa şəhərindən "namizədliyini" irəli sürüb. Onun sahibi Morrisin namizədliyini irəli sürüb, öz pişiyi üçün "Facebook" və "Twitter" sosial şəbəkələrində səhifələr yaradıb.

Halape şəhərində doğulan namizəd Morrisin sahibi yazıb ki, pişik yatmağı, yeməyi və oynamağı xoşlayır. Onun seçkiqabağı kampaniyası bir neçə ay bundan əvvəl başlayıb. Onun "seçkiqabağı proqramın"da bildirilirdi ki, o öz doğma şəhərini siçovullardan (rüşvətxorlardan) təmizləmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti