Azərbaycan, Bakı, 14 fevral /Trend/
Ukraynanın İvano-Frankovsk vilayətinin sakini Yekaterina Kozak uzunömürlülük rekordunu təzələyib.
Trend-in məlumatına görə, 1897-ci il fevralın 14-də anadan olmuş Y.Kozakın bu gün 117 yaşı tamam olub. Qadının yaşı 2 il əvvəl Milli Rekordlar Reyestrində qeydiyyata alınıb. Həmin vaxt onun 115 yaşı var idi. İndi isə Y.Kozak dünya rekordçusu adını qazanıb. Bu, hələ qeyri-rəsmi nailiyyətdir.
Reyestrin əməkdaşı bildirib ki, Ginnesin Rekordlar Kitabında qeydiyyata alınmış 115 yaşlı yaponiyalı Misavo Okava öldükdən sonra Y. Kozak planetin ən yaşlı sakini oldu: "Bunu isbat etmək mümkün olsa, o, rəsmən dünyanın ən yaşlı sakini sayılacaq".