...

Xatırlamaq üçün gözlərinizi yumun

Maraqlı Materials 16 Yanvar 2015 17:26 (UTC +04:00)
Alimlər bu metodun polis tərəfindən istifadə edilməsini tövsiyə edirlər.
Xatırlamaq üçün gözlərinizi yumun

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Məftun Salmanov/

Məlum olub ki, gözləri yummaq xatırlamağa kömək edir. Trend-in "CNN Türk" telekanalına istinadən verdiyi məlumata əsasən, bu qənaətə İngiltərədəki "Surrey" Universitetinin alimləri gəliblər.

Onların apardığı test nəticəsində məlum olub ki, xatırlamaq üçün gözlərini yumanlar yummayanlara nisbətdə 23 faiz daha uğurlu nəticə göstəriblər.

Test zamanı elm adamları təqribən 200 könüllüyə bəzi qısa filmlər izlədiblər. Filmlə bağlı suallar verən alimlər könüllülərin yarısının cavab verməzdən əvvəl gözlərini yummasını istəyib.

Nəticədə gözləri yumulu olanların 71 faizi, qapalı olanların isə 48 faizi düzgün cavab verib.

Alimlər bu metodun polis tərəfindən istifadə edilməsini tövsiyə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti