...

"Gəlin, dövlətimizi göbələklər ölkəsinə çevirək"

Maraqlı Materials 12 Fevral 2015 20:10 (UTC +04:00)
Şimali Koreya rəhbərliyi bu şüarlarla ölkənin iqtisadi və hərbi gücünü yaxşılaşdırmaq istəyir.
"Gəlin, dövlətimizi göbələklər ölkəsinə çevirək"

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Məftun Salmanov/

Koreya Xalq Demokratik Respublikasının yaranmasının 70 illik yubileyi və Koreya yarımadasının Yaponiyadan azad edilməsi şərəfinə ölkə hökuməti vətəndaşlara 310 yeni siyasi şüar hədiyyə edib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Şimali Koreya rəhbərliyinin fikrincə, şüarlar xalqı yeni qəhrəmanlıqlara ruhlandırmalıdır.

Şüarlardan bəziləri belədir: "Gəlin, dövlətimizi göbələklər ölkəsinə çevirək", "İdman oyunlarında aqressiv iştirak edin", "İstixanalarda tərəvəzləri fəal yetişdirin".

Şimali Koreya rəhbərliyi bu şüarlarla ölkənin iqtisadi və hərbi gücünü yaxşılaşdırmaq istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti