...

Xroniki yorğunluq sindromunun səbəbi

Maraqlı Materials 13 Mart 2015 21:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend/

Xroniki yorğunluq sindromunun daşıyıcıları hətta ən adi hərəkətlər və yüngül yüklənmə zamanı yorğunluq hiss edirlər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, buna səbəb həm də onlarda əzələlərin yorğunluğu barədə siqnal ötürən əsəblərin öz işini həddindən artıq yaxşı görməsidir.

Ailmlər bu qənaətə silsilə fiziki tapşırıqlar yerinə yetirən sindrom daşıyıcıları və sağlam insanların sağlamlığını müşahidə edərkən gəliblər.

Müşahidələr zamanı məlum olub ki, sindrom daşıyıcılarının əsəb sisteminin işinin pozulması onların tez bir zamanda yorulmasına gətirib çıxarır. Onlar daim özlərini yorğun hiss edirlər.

Hesablamalara əsasən, bu xəstəlikdən dünya əhalisinin təqribən 2-3 milyonu əziyyət çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti