...

Asteroidlər Yerə su gətirə bilərlər

Maraqlı Materials 9 May 2015 00:51 (UTC +04:00)
Asteroidlər Yerə su gətirə bilərlər. Oxşar proseslər Günəş sisteminə daxil olan planetlərdə də ola bilər.
Asteroidlər Yerə su gətirə bilərlər

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir İlhamə İsabalayeva/

Asteroidlər Yerə su gətirə bilərlər. Oxşar proseslər Günəş sisteminə daxil olan planetlərdə də ola bilər.

Trend-in məlumatına görə, bu barədə "Monthly Notices of the Royal Astronomical Society" jurnalında elmi məqalə dərc edilib.

Britaniya alimlərinin Kanar adalarında teleskopla apardığı müşahidələr zamanı atmosferdə tərkibinin çoxu hidrogen və oksigendən ibarət olan xeyli ulduz aşkar edilib.

Hesab edilir ki, bu elementlərin üzərinə böyük göy cisimləri - güman ki, asteroidlər düşə bilər.

Bu halda asteroidin gətirdiyi suyun həcmi Yer kürəsindəki okean sularının ümumi həcminin 1/3-nə bərabər ola bilər.

Xəbər lenti

Xəbər lenti