...

Astarada 3000 manata quş satırlar (FOTO)

Maraqlı Materials 7 Yanvar 2016 16:37 (UTC +04:00)
"Əziyyətinə görə qiyməti belədir"
Astarada 3000 manata quş satırlar (FOTO)

Bakı. Trend:

Astarada 3000 manata quş satırlar.

Astara sakini Murad Muradov deyir ki, quşçuluğa uşaq yaşlarından marağı olub. Əvvəllər göyərçin, qırqovul və digər quşları saxlasa da, son illər tovuzquşu təsərrüfatı yaratmağa qərar verib.

Trend Region TV-yə istinadən məlumat verir ki, o, İran, Türkiyə və Rusiyadan gətirdiyi tovuzquşlarını öz həyətində bəsləməklə çoxaldıb. M.Muradov tovuzquşlarını günəbaxan tumu, qarğıdalı və buğda ilə bəslədiyini deyir. Həyətində isə 5 növ tovuzquşu var.

Bu quşlar nadir olduğu üçün bahadır. Qiymətlər 1000 manatdan başlayaraq növünə görə dəyişir.

Təsərrüfat sahibi isə qiymətlərin yüksək olmasını belə izah edir: "3 il onların üzərində əziyyət çəkməlisən ki, belə gözəllikdə olsunlar. 2 il tamam olmadan bu quşlar bala vermirlər. Əziyyətinə görə də qiymətlər belədir".

Ən bahalı növ isə Yava tovuzquşudur. Belə ki, bu quşun bir cütünün qiyməti təxminən 3000 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti