...

Zaqatala sakini yeni maşın düzəltdi (FOTO)

Maraqlı Materials 7 Yanvar 2016 19:13 (UTC +04:00)

Bakı. Trend:

Zaqatala rayonunda 27 yaşlı gənc yeni avtomobil hazırlayıb. Bir ton 250 kq çəkisi olan avtomobilin ərsəyə gəlməsi üçün 5 ilə yaxın vaxt sərf olunub.

Trend Region TV-yə istinadən məlumat verir ki, Zaqatala rayonunun Danaçı kənd sakini Abdulla Məmmədov heç bir kənar müdaxilə və yardım olmadan, yalnız ağlı və əl əməyindən istifadə etməklə yeni bir avtomobil növü hazırlayıb.

O, "Abdulla" adlandırdığı bu maşının hazırlanmasında dörd növ avtomobilin hissələrindən istifadə edib. Belə ki, avtomobilin ön daşıyıcı hissəsi və ön təkərləri "Zaporojets", arxa körpü hissəsi "Moskviç", arxa təkərləri "Mercedes", mühərrik və sürət qutusu isə "VAZ 2101" markalı avtomobillərə məxsusdur. Avtomobilin maketi və digər hissələrini isə gənc özü hazırlayıb.

Uşaqlıqdan texnikaya həvəs göstərən A.Məmmədov avtomobil hazırlamağı illər əvvəl arzulayıb. Bu istəyini reallaşdırmağa isə beş il öncə başlayıb. Avtomobil yalnız bir neçə gün əvvəl tam hazır vəziyyətə gətirilib. O bu texnikadan şəxsi təsərrüfatında istifadə etmək fikrindədir.

İki ton yükdaşıma qabiliyyətinə malik avtomobil 100 kilometr məsafəyə 6-7 litr benzin sərf edir. Avtomobilin hazırlanması üçün təqribən 4500 manata yaxın vəsait xərclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti