...

Bakıda “Future Shorts” qisametrajlı film festivalının qış mövsümü keçiriləcək

Maraqlı Materials 28 Yanvar 2016 10:11 (UTC +04:00)
Bakıda “Future Shorts” qisametrajlı film festivalı keçiriləcək. Yeni qış mövsümü toplusunun nümayişi yaradıcı qruplar və fərdlər üçün meydan olan YARAT FreeStyle proqramı çərçivəsində keçiriləcək.
Bakıda “Future Shorts” qisametrajlı film festivalının qış mövsümü keçiriləcək

Bakı. Trend:

Bakıda "Future Shorts" qisametrajlı film festivalı keçiriləcək. Yeni qış mövsümü toplusunun nümayişi yaradıcı qruplar və fərdlər üçün meydan olan YARAT FreeStyle proqramı çərçivəsində keçiriləcək.

Hal-hazırda festival 90 ölkə, 300 şəhər, 6 qitəni əhatə edərək 1 il ərzində bütün dünya üzrə 1,400 baxıs təklif edir.

Mövcud olduğu 12 il ərzində festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanmışdır. Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.

"Future Shorts" festivalının Qış mövsümü toplusu özündə 7 filmi birləşdirir.
Xüsusi qonaq: Çingiz Mustafayev və onun "İtən xəyallar" qisa-metrajlı film.

Filmlərin nümayiş dili: orijinal (rus dili alt yazıları ilə).

17,18,19 fevral 2016 | saat 20:00

YARAT Müasir İncəsənət Mərkəzi
(Dövlət Bayrağı Meydanı yaxınlığında)
Tel. (+99412) 505 14 14

Yerlər məhdud olduğundan festivala giriş dəvətnamə ilədir. Dəvətnamələri öncədən YARAT Mərkəzindən pulsuz götürə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti