...

Zooparkdan qorilla qaçdı

Maraqlı Materials 17 Oktyabr 2016 00:20 (UTC +04:00)
London zooparkından qorilla qaçıb
Zooparkdan qorilla qaçdı

Bakı. Trend:

London zooparkından qorilla qaçıb.

Trend Sputnik-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları zooparkdan qaçan qorillanı tutaraq zooparka geri qaytarıblar.

Hüquq-mühafizə orqanları keyidici maddənin köməyi ilə qorillanı tutaraq zooparka öz qəfəsinə qaytarıblar. Daha sonra zooparkda olan insanların rahat gəzib istirahət etmələrinə icazə verilib. Zooparkada hadisənin canlı şahidi olan qonaqlardan bir nəfər deyib ki, hadisədən bir qədər öncə qorilla qəfəsində çox qəzəbli olub, hətta zoopark işçiləri heyvana tərəf baxmamağı qonaqlara məsləhət görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti