...

Azərbaycanlı millət vəkili Ermənistana getmək istəyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Oktyabr 2007 17:28 (UTC +04:00)
Azərbaycanlı millət vəkili Ermənistana getmək istəyir

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanlı millət vəkili Ermənistana getmək istəyir. Millət vəkili, xalq yazıçısı Əkrəm Əylisli çərşənbə axşamı Bakıda jurnalistlərə bildirib ki, azərbaycanlı ziyalıların Ermənistana səfər etmələrini müsbət qiymətləndirir: "Əgər məni Ermənistana gedən ziyalı nümayəndə heyətinin tərkibinə daxil etsələr, bundan imtina etmərəm".

17illik fasilədən sonra Azərbaycan və Ermənistan ziyalıları Dağlığ Qarabağ, Yerevan və Bakıya birgə səfər ediblər. Hazırda azərbaycanlı ziyalıların Dağlığ Qarabağa və Ermənistana ikinci səfərinin hazırlandığı bildirilir.

Əylisli vurğulayıb ki, gec-tez, Azərbaycanla Ermənistan arasında sülh yaranacaq: "Azərbaycan və erməni xalqları qonşu kimi yaşamağa məcburdurlar. Bu iki xalq arasında vaxtilə dostluq münasibətləri olub, dostluğu isə, itirmək olmaz".

Deputat vurğulayıb ki, Dağlığ Qarabağ münaqişəsi kompromis əsasında həll olunmalıdır. Müharibə perspektivi isə, müsbət heç nə vəd etmir.

Xəbər lenti

Xəbər lenti