...

AŞPA-nın Monitorinq Komitəsinin rəhbəri: "Dondurulmuş münaqişələr"in həllində ictimaiyyətin rəyi çox mühümdür"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2007 13:29 (UTC +04:00)
AŞPA-nın Monitorinq Komitəsinin rəhbəri: "Dondurulmuş münaqişələr"in həllində ictimaiyyətin rəyi çox mühümdür"

Almaniya, Berlin / Trend müxbir A. Məhərəmli/ Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin rəhbəri Eduard Lintner hesab edir ki, "dondurulmuş münaqişələr"in həllində ictimaiyyətin rəyi çox mühümdür. "Əlbəttə, bu kimi problemlərin baş vermə səbəbləri müxtəlifdir. Lakin ictimai rəyin köməyilə problemlərin həllinə nail olmaq mümkündür" - deyə Lintner çərşənbə günü Trend ə musahibəsində bildirib.

Avropa Şurasının Parlament Assambleyasının Monitorinq Komitəsi Almaniyanın beynəlxalq məsələlər və təhlükəsizlik institutu ilə birlikdə noyabrın 5-6-da Berlində Dağlıq Qarabağ, Dnestryanı, gürcü-abxaz, gürcü - osetin "dondurulmuş münaqişələr"inə dair müzakirələr təşkil edib.

Forumun işində bu ölkələrin rəsmi şəxsləri, eləcə də beynəlxalq ekspertlər, münaqişəyə cəlb olunan digər ölkələrin nümayəndələri iştirak edirlər.

Lintner bildirib ki, Monitorinq Komitəsinin "dondurulmuş münaqişələr"in həllindəki rolu assembleyanın plenar iclaslarında özünü biruzə verəcək. "Bağlı qapılar arxasında müzakirə olunacaq məsələlər var, bəzi məsələlər isə plenar iclasda nəzərdən keçiriləcək" - deyə komitə sədri qeyd edib.

Onun sözlərinə görə, Avropa Şurasına üzv dövlətlər götürülmüş öhdəlikləri yerinə yetirməlidirlər, təşkilatın özü isə öhdəliklərin yerinə yetirilməsinə nail olmalıdır.

Lintner Venesiya Komissiyasının sədri Tomas Markerin "dondurulmuş münaqişələr"ə hüquqi qiymət vermək çağırışını dəstəkləyib. Monitorinq Komitəsinin sədri hesab edir ki, bu məsələdə iki aspekt mövcuddur, dövlətlərin ərazi bütövlüyü və xalqların müqəddaratını həll etmə hüququ. "Bu hüquq dövlətin ön plana keçməsinə gətirib çaxara bilər" - deyə komitə sədri bildirib.

Lintner məlumat verib ki, Berlin dinləmələrinin yekunu olaraq qətnamə layihəsi hazırlana bilər. Onun sözlərinə görə, AŞPA-nın Sosial Qrupu artıq Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisini təyin edib və yeni həmməruzəçi Toni Lloydu əvəz edəcək. Yaxın aylarda yeni həmməruzəçinin namizədliyi təsdiq olunduqdan sonra AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana səfər edəcəklər.

Xəbər lenti

Xəbər lenti