...

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüş məsələsi anlaşılmaz qalır – Metyu Brayza

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Mart 2008 20:14 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüş məsələsi anlaşılmaz qalır – Metyu Brayza

Azərbaycan, Bakı, 20 mart / Trend müxbir K.Ramazanova/ Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüş yeri və vaxtı məsələsi anlaşılmaz qalır. Bu barədə Trend a ATƏT-in Minski qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib.

Azərbaycan və Ermənistan prezidentlərinin dağlıq-qarabağ münaqişəsinin sülh yolu ilə həlli danışıqlarının növbəti raundu, təstiq olunmamış məlumatlara əsasən, aprelin əvvəlində NATO-nun Buxarestdə keçirilən sammiti çərçivəsində keçirilə bilər. Rəsmi Bakı və İrəvan, Ermənistanda fevralda keçirilən prezident seçkilərindən sonra dayandırılmış danışıqlar prosesini davam etdirməyə hazır olduqlarını bildiriblər.

Ermənistanlı vasitəçi bildirib ki, prezident müddətini bitirən Ermənistanın prezidenti Robert Koçaryan Buxarestdə keçirilən sammitdə iştirak etməyəcək. Yeni seçilmiş Serj Sarkisyanın inauqurasiya mərasimi 9 aprel kesçiriləcək, ona görə də hələ məlum deyil danışıqla haçan baş tutacaq, deyə Brayza bildirib.

Amerikalı diplomat hesab edir ki, dağlıq-qarabağ münaqişəsinin ədalətli həlli amerika-azərbaycan əməkdaşlığının əsas məsələlərindən biridir. "Birləşmiş Ştatlar və Azərbaycan strateji əməkdaşlığından və dərin dostluq ilə qane olublar. Azərbaycanın ali rəhbərliyi bildirib ki, Vaşinqtaon ilə yaxın əlaqələri daha da dərinləşdirmək niyyətindədir, deyə ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Brayza bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 -ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti