...

ATƏT-in Minsk Qrupu danışıqların baza prinsipləri əsasında davam etdirilməsinə tərəfdardır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2008 14:26 (UTC +04:00)
ATƏT-in Minsk Qrupu danışıqların baza prinsipləri əsasında davam etdirilməsinə tərəfdardır

Azərbaycan, Bakı, 22 iyul/ Trend , müxbir R.Novruzov/ ATƏT-in Minsk Qrupu  Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə sülh danışıqlarının baza prinsipləri əsasında davam etdirilməsinə tərəfdardır.

" ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinin iyunun 6-da Sankt-Peterburqdakı konstruktiv görüşlərini bəyənirlər və tərəfləri danışıqlar zamanı maksimal təşəbbüslərdən, ictimaiyyət içində veriləcək bəyanatlardan imtina etməyə və bütün aqresiv sözlərdən qaçmağa çağırırlar", - Minsk Qrupu vasitəçiləri, ABŞ-dan Metyu Brayza, Fransadan Bernard Fasye və Rusiyadan Yuri Merzlyakovun çərşənbə axşamı ATƏT-in rəsmi saytında yer almış bəyanatında deyilir.

İki cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiası nəticəsində başlayıb. Ermənistan Azərbaycanın 20% ərazisini - Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal edib. 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılıq əldə olunub və Minsk Qrupunun  vasitəçiliyilə indiyədək müvəffəqiyyətsiz sülh danışıqları aparılır.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçi kimi üç ölkənin - ABŞ, Rusiya və Fransanın həmsədri olduğu Minsk Qrupu çıxış edir.

"Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həll edilməsi mümkün deyi", - həmsədrlər qeyd edirlər.

Avqustun 1-də Moskvada həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti