...

Azərbaycan və Ermənistanın XİN başçıları RF xarici işlər nazirinin müavini ilə görüşüblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Avqust 2008 17:43 (UTC +04:00)

Rusiya, Moskva, 01 avqust / Trend , müxbir R.Ağayev/ Azərbaycan və Ermənistanın XİN başçıları Rusiyanın Xarici İşlər Nazirliyində Dağlıq Qarabağ problemini müzakirə ediblər.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan cümə günü Moskvada Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini A.Denisovla görüşüblər.

Rusiya xarici işlər idarəsinin məlumatında bildirilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin vəziyyəti və perspektivləri müzakirə olunub.

Dağlıq Qarabağ problemi bu gün Azərbaycan və Ermənistan nazirlərinin görüşündə də müzakirə olunub.

İki ölkə prezidentinin iyunda Sankt-Peterburqda təklif etdikləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə iş Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlarda əsas mövzu olub.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ -ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti