...

Ermənistanın xarici işlər naziri sülh prosesində ciddi irəliləyiş əldə edildiyini bildirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Sentyabr 2008 15:04 (UTC +04:00)

Türkiyə, Ankara, 22 sentyabr / Trend , müxbir T.Əliyev/ Ermənistanın xarici işlər naziri Eduard Nalbəndyan Türkiyənin "Milliyyət" qəzetinə verdiyi müsahibədə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün davam edən sülh prosesi çərçivəsində çox ciddi irəliləyiş əldə edilib. Onun sözlərinə görə, indi sadəcə siyasi iradə lazımdır.

Ermənistanın xarici siyasət idarəsinin başçısı bildirib ki, o, Türkiyə, Ermənistan və Azərbaycanın iştirakı ilə üçtərəfli danışıqların keçirilməsinin əleyhinə deyil. "Türkiyə Qarabağ münaqişəsinin həllinə kömək edə bilər. Ancaq hər şey Minsk Qrupu çərçivəsində həll edilməlidir" - deyə, Nalbəndyan bildirib.

Nalbəndyan Azərbaycan prezidenti İlham Əliyevin son bəyanatında ilk dəfə olaraq münaqişənin həlli məsələsində gücdən istifadə edilməsi haqqında fikrin səsləndirilməməsini çox müsbət hal kimi qiymətləndirib. Nalbəndyan qeyd edib ki, bununla yanaşı Azərbaycan ictimaiyyətinin 35 faizinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müharibə tərəfdarı olması narahatedici haldır.

Türkiyə-Ermənistan münasibətlərinə toxunan Nalbəndyan bildirib ki, "münasibətlərin düzəlməsi" dedikdə Yerevan dipomatik əlaqələrin yaradılması və iki ölkə arasında sərhədin açılmasını nəzərdə tututr. Nazirin sözlərinə görə, qondarma erməni soyqırımı məsələsi ilkin şərt deyil. Münasibətlər normallaşanda həmin məsələ haqqında da danışmaq olar. Onun fikrincə, nə indi, nə də gələcəkdə heç bir Ermənistan iqtidarı bu məsələni rədd edə bilməz.

Xəbər lenti

Xəbər lenti