...

Minsk Qrupunun formatının dəyişdirilməsi məsələsi ATƏT-in gündəliyində durmur - Azərbaycanın vitse-spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Sentyabr 2008 13:16 (UTC +04:00)
Minsk Qrupunun formatının dəyişdirilməsi məsələsi ATƏT-in gündəliyində durmur - Azərbaycanın vitse-spikeri

Azərbaycan, Bakı, 24 sentyabr/ Trend , müxbir C.Babayeva/ ATƏT-in gündəliyində Minsk Qrupunun formatının dəyişdirilməsi məsələsi durmur, - çərşənbə günü jurnalistlərə Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova deyib.

їMənə elə gəlir ki, bu düzgün hərəkətdirї, - o bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır. Avropa İttifaqı həmçinin bu münaqişənin həlli prosesinin inkişafını izləyir.

Muradovanın sözlərinə görə, regionda yaranmış vəziyyət ATƏT ölkələrini ikili standartlardan imtina etməyə məcbur edib. їMünaqişələrin həll edilməsi uzandıqca, dünya ictimaiyyəti daha təhlükəli təhdidlərlə qarşılaşacaqї, - Muradova qeyd edib.

Onun sözlərinə görə, ATƏT-in gündəliyində başlıca mövzu - Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılmasıdır. їATƏT danışıqlar yolu ilə Rusiya və Gürcüstan arasındakı əvvəlki münasibətləri bərpa etmək istəyir. Azərbaycan da bu ölkələr arasında münasibətlərin normallaşmasının tərəfdarıdırї, - vitse-spiker vurğulayıb.

Muradovanın sözlərinə görə, ATƏT regionda münaqişələrin həll edilməsinə yalnız danışıqlar yolu ilə nail ola bilər.

їATƏT Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsindən narahatdır və buna görə də təşkilat problemin təcili həll edilməsi üçün bütün səylərin göstərilməsi məsələsini qaldırıbї, - Muradova deyib.

Xəbər lenti

Xəbər lenti