...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2008 10:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr/ Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 25 - də saat 11.20 - dən 11.25 - dək, 15.15 - dən 15.30 - dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16.40 - dan 17.05 - dək və sentyabrın 26 - da saat 01.40 - dan 02.20 - dək, 05.30 - dan 05.50 - dək Füzuli rayonunun Qərvənd, Horadiz, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 18.30 - dan 20.35 - dək, 21.15 - dən 21.45 - dək və sentyabrın 26 - da saat 04.10 - dan 06.10 - dək fasilələrlə Tərtər rayonunun Qızıl Oba, Seysulan, Göyarx, Çaylı və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20.15 - dən 20.20 - dək və 23.40 - dan 23.45 - dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti