Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir N.Abdullayeva/ Rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlverişli beynəlxalq hüquq və vasitəçi bazasının mövcud olduğunu qeyd edir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Mediamaks-a müsahibəsində bildirib ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaxşı beynəlxalq hüquq və vasitəçi bazası var.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
İlin sonunadək və ya gələn ilin əvvəlində münaqişənin nizamlanması üzrə baza prinsiplərinin razılaşdırıla biləcəyini "tamamilə mümkün" hesab edən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın rəyini şərh edən Azərbaycanın xarici işlər naziri bu "ehtimal"a və regionda yaranan vəziyyəti nəzərə alaraq, tərəflərin nəticələr əldə etməsi üçün Ermənistan rəhbərliyinin hadisələrin inkişafı üzrə sağlam təhlil həyata keçirəcəyinə ümid etmək istədiyini bildirib.
Azərbaycanın XİN rəhbəri qoşunlar çıxarılmayanadək və qaçqın və məcburi köçkünlər Dağlıq Qarabağa qaytarılmayanadək nə hüquqi, nə mənəvi, nə də hətta texniki baxımdan statusun müəyyən olunmasını mümkünsüz hesab edir. "Dağlıq Qarabağın statusunun müəyyən edilməsi mərhələsinədək biz beynəlxalq hüquq və daxili qanunvericiliyi əldə rəhbər tutacağıq", - deyə Məmmədyarov bildirib.
Nazir münaqişə zonasında beynəlxalq sülhməramlıların yerləşdirilməsi məsəsi ilə bağlı bildirib ki, beynəlxalq sülhməramlı qüvvələr barədə razılaşma əldə etmək mümkün olacağı təqdirdə, onlar ümumilikdə stabilizator rolunu oynamalıdırlar ki, bu da Ermənistan və Azərbaycan icmaları arasında böyük inamın yaranmasına imkan verəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]