...

Azərbaycanla Ermənistan arasındakı münaqişə Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramında iştirakına mane ola bilər - Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Dekabr 2008 14:15 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasındakı münaqişə Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramında iştirakına mane ola bilər - Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri

Azərbaycan, Bakı, 02 dekabr / Tren , müxbir R.Novruzov / Azərbaycanla Ermənistan arasındakı münaqişə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına daxil olmaqda problem yaradacaq, - Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Alan Vaddams Trend-in müxbirinə bildirib. Buna görə də Avropa İttifaqı bu münaqişənin həllilə bağlı addımları fəallaşdırmağa hazırlaşır.

Vaddamsın sözlərinə görə, bu yardım ATƏT-in Minsk Qrupunun fəaliyyətinə zidd və ya ona paralel olmayacaq.

"Yardım həmsədr ölkələrlə rəqabətə girmədən, Minsk Qrupunun fəallığını dəstəkləməyə yönələcək", -Vaddams deyib.

Avropa Komissiyası "Şərq tərəfdaşlığı" üzrə yeni bölmə yaradıb və dekabrın 2-3-də keçirilməsi nəzərdə tutulan ilk görüş zamanı "Şərq tərəfdaşlığı"na üzv ölkələrin Avropaya inteqrasiya yolunda uğurlarının və əsas inteqrasiya yollarının müzakirəsi planlaşdırılır.

Polşa və İsveçrə mayın 26-da şərq qonşuları üçün vahid forumun - "Şərq tərəfdaşlığı"nın yaradılması ilə bağlı təkliflərini Aİ-nin xarici işlər nazirlərinə təqdim ediblər. Buraya Aİ-nin 27 ölkəsi, eyni zamanda Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistan daxil olacaq.

Qurum çərçivəsində vizanın ləğvi, azad ticarət zonasının yaradılması, strateji razılaşmaların imzalanması ilə bağlı müzakirələr aparılacaq.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti