...

Azərbaycan və Ermənistan prezidentlərinin Praqada görüşmələri üçün şans var – Azərbaycanın nazir müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Mart 2009 14:49 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin Praqada görüşmələri üçün şans var – Azərbaycanın nazir müavini

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir E.Rüstəmov /

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün Avropa İttifaqı sammitində iştirak çərçivəsində Praqada keçirilməsinə şans var. Bu barədə cümə axşamı Trend -a Azərbaycanın xarici işlər nazirinin müavini, Azərbaycan prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Araz Əzimov bildirib.

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına həsr olunan sammitinin mayın 7-də Çexiyanın paytaxtında keçirilməsi nəzərdə tutulub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Əvvəllər ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov jurnalistlərə bildirmişdi ki, yaxın iki ay ərzində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Bu bəyanatla o, regiona səfərinin yekunları üzrə Bakıda keçirilən mətbuat konfransında çıxış etmişdi.

"Bizim regiona səfərdə məqsədimiz prezidentlərin növbəti görüşünü təşkil etmək idi və prinsip etibarı ilə bu məqsədə nail olmuşuq", - deyə Merzlyakov bildirib və həmsədrlər adından hər iki prezidentin bu ideyanı dəstəkləməsindən razılığını ifadə edib. Bu görüşün nə vaxt və harada keçiriləcəyi barədə isə o, açıqlama verməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti