...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2009 10:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müx. K.Zərbalıyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 4-də saat 09.45-dən 09.52-dək və 18.20-dən 18.25-dək Xocavənd rayonunun adsız yüksəkliklərində və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.05-dən 21.15-dək və 22.05-dən 22.15-dək Tərtər rayonunun Çaylı və Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

Itki yoxdur.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti