...

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2009 12:34 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıblar

Azərbaycan, Bakı, 22 iyul / Trend /

"ATƏT-in Minsk Qrupunun həmsədrləri çərşənbə axşamı bəyanat yayıblar", - ATƏT-in rəsmi saytı məlumat verir.

Bəyanatda deyilir ki, iyulun 17-18-də Moskvada, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlər müzakirə olunub.

"Diskussiyalar sərbəst və konstruktiv atmosferdə keçib və tərəflərə hələ də konseptual şəkildə qəbul edilməli olan baza prinsiplərinin bir sıra elementləri üzrə qalan fikir ayrılıqlarını arxada qoymaq üçün təklif olunan formulları təfərrüatlı şəkildə müzakirə etmək imkanı verib", - bəyanatda bildirilir.

ATƏT-in Minsk Qrupunun həmsədrləri iki ölkə prezidentini iyulun sonunda Polşanın Krakov şəhərində işgüzar sessiya keçirərək, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin Akvilada verdikləri birgə bəyanata uyğun olaraq, Madrid sənədinin yenilənmiş versiyasını hazırlayacaqları haqda məlumatlandırıblar.

"Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin sentyabrın sonu, oktyabrın əvvəlində görüşünün keçirilməsinin mümkünlüyünü öyrənmək üçün sentyabrda regiona gəlməyi planlaşdırırlar", - bəyanatda qeyd olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti