Türkiyə Parlamentinin sədri Dağlıq Qarabağ probleminin yaxın gələcəkdə həllinə ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2009 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir C.Babayeva /

Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni seçilmiş sədri Mehmet Əli Şahin Dağlıq Qarabağ probleminin yaxın gələcəkdə həll olunacağına ümid etdiyini bildirib.

"Azərbaycanla Türkiyə "bir millət, iki dövlət"dir. Türkiyə heç bir vəchlə Azərbaycanın maraqlarına xələl gətirməyəcək. Türkiyə hər zaman Azərbaycanın yanında olacaq", - Əli Şahin Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimovla görüşündə bildirib. Məlumatı Trend -a Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidməti verib.

Mehriban dostluq şəraitində keçən görüş zamanı beynəlxalq məsələlərlə yanaşı, bu gün Azərbaycan və Türkiyənin gündəminə təsir edən problemlər də müzakirə edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti