...

Dağlıq Qarabağ münaqişəsi əvvəlcədən təsdiq olunmuş formatda nizamlanmalıdır - RF-nin XİN rəhbəri Sergey Lavrov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Noyabr 2009 14:46 (UTC +04:00)
ATƏT məkanındakı münaqişələr əvvəlcə qəbul olunan formatda nizamlanmalıdır, bu gün Moskvada keçirilən mətbuat konfransında Trend News-un müxbirinin sualını cavablandıran Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Dağlıq Qarabağ münaqişəsi əvvəlcədən təsdiq olunmuş formatda nizamlanmalıdır - RF-nin XİN rəhbəri Sergey Lavrov

Rusiya, Moskva, 17 noyabr / Trend New, müxbir K.Konırova /

ATƏT məkanındakı münaqişələr əvvəlcə qəbul olunan formatda nizamlanmalıdır, bu gün Moskvada keçirilən mətbuat konfransında Trend -un müxbirinin sualını cavablandıran Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"ATƏT məkanındakı Dağlıq Qarabağ, Dnestryanı, Kosova kimi münaqişələr əvvəlcə qəbul edilmiş formata uyğun həll olunmalıdır və Qazaxıstan təşkilatın sədri vəzifəsində bu problemə məsuliyyətlə yanaşacaq", - nazir bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti