...

Dağlıq Qarabağ münaqişəsinin mühümlüyü digər məsələlərlə bağlı deyil – ABŞ dövlət katibinin köməkçisi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Dekabr 2009 12:12 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hər hansı digər məsələlərdən asılı olmayaraq, özu-özlüyündə mühümdür, ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini Filip Qordon Vaşinqtonda ABŞ-ın xarici əlaqələr üzrə Şurasının brifinqində Trend News-un xüsusi müxbirinin sualını cavablandırarkən deyib.
Dağlıq Qarabağ münaqişəsinin mühümlüyü digər məsələlərlə bağlı deyil – ABŞ dövlət katibinin köməkçisi

ABŞ, Vaşinqton, 10 dekabr / Trend , müxbir N. Boqdanova/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hər hansı digər məsələlərdən asılı olmayaraq, özu-özlüyündə mühümdür, ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini Filip Qordon Vaşinqtonda ABŞ-ın xarici əlaqələr üzrə Şurasının brifinqində Trend -un xüsusi müxbirinin sualını cavablandırarkən deyib.

Münaqişə haqda danışarkən, dövlət katibinin müavini qeyd edib ki, "ABŞ Dağlıq Qarabağa dair danışıqlar prosesi ilə fəal şəkildə maraqlanır və ATƏT-in Minsk Qrupunun işində fəal iştirak edir. Həmsədrlər hazırda regiondadırlar. Biz bunu qarşılıqlı mühüm hesab edirik və bu, hansısa digər məsələlərdən asılı deyil."

"Bu məsələ ona görə vacib deyil ki, məsələnin həllinə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün bir yol kimi baxırıq, ona görə vacibdir ki, regionda sülhə və stabilliyə böyük töhfə verə bilər, bundan isə Ermənistan kimi, Azərbaycan da qazanacq", - o deyib.

Onun sözlərinə görə, ABŞ Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.

"Hər iki ölkə parlamentinin imzalanmış protokolları ratifikasiya etməsini istərdik. Biz hesab edirik ki, bu, Türkiyə kimi, Ermənistan üçün də sərfəlidir və regionda sülhün və stabilliyin bərqərar olunmasına kömək edəcək", - Qordon deyib.

O həmçinin qeyd edib ki, hər iki proses - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması uğurla başa çatarsa, bu, region üçün tarixi tərəqqi olacaq.

Eməni jurnalistin Türkiyənin Qərbdən üzaqlaşması barədə sualına cavab verərkən Qorodn deyib ki, "Biz Türkiyə höküməti ilə intensiv danışıqlar aparırıq. Onlar Aİ-yə daxil olmaq cəhdlərində davam edirlər və biz onları dəstəkləyirik. Onlar ABŞ-la srtateji əməkdaşlığı qiymətləndirirlər. Türkiyə Baş naziri bu həftə ABŞ-a səfər edib və ABŞ ilə əməkdaşlığın davam etdirilməsi barədə niyyətlərini ifadə edib. Türkiyə müəyyən işlər üzərində birgə işləmək və birlikdə həll etmək barədə danışarkən, mən elə düşünmürəm ki, ölkə Qərbdən üzaqlaçır və hansısa digər bir istiqamətə üz tutur".

O qeyd edib ki, MAQATE-nin İrana qoyduğu sanksiyalarla bağlı Türkiyənin mövqeyi ABŞ-ı məyus edib.  

"Bizim Türkiyənin mövqeyi ilə üst-üstə düşməyən bəzi fikirlərimiz var. Biz Türkiyəyə bildirdik ki, bizə bu məsələdə onların daha güclü dəstəyi lazımdır", -  ABŞ dövlət katibinin müavini deyib.

Vaşinqtona səfəri zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bütün ölkələri nüvə silahından azad olmağa çağırıb.

Bu fikri şərh edən Qordon deyib ki, "biz Türkiydən bu məsələdə kömək etməsini xahiş etdik, beləki Türkiyə İrana təsir edə bilər".

Avropanın enerji təhlükəsizliyi ilə bağlı Qordon bildirib ki, "bu, ABŞ və Avropa əməkdaşlığında əsas məsələlərdən biridir".

O, həmçinin ABŞ-Rusiya münasibətlərinə də toxunub.

"ABŞ və Rusiyanın Gürcüstandakı vəziyyətə dair müxtəlif baxışları var. Biz Cənubi AsetiyaAbxaziyanı tanımırıq", - Qordon deyib.

Xəbər lenti

Xəbər lenti