...

Rusiya Azərbaycandan ATƏT-in Minsk qrupunun işindən narazılıq barədə siqnal almayıb - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Dekabr 2009 17:51 (UTC +04:00)
2009-cu ildə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan altı dəfə görüşüblər və Rusiya bu dinamikanın davam edəcəyinə ümid edir. Bu barədə RF XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko Moskvada brifinqdə deyib.
Rusiya Azərbaycandan ATƏT-in Minsk qrupunun işindən narazılıq barədə siqnal almayıb - XİN

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir E.Tariverdiyeva/

2009-cu ildə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan altı dəfə görüşüblər və Rusiya bu dinamikanın davam edəcəyinə ümid edir. Bu barədə RF XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko Moskvada brifinqdə deyib. Məlumatı Vesti kanalı yayıb

Onun sözlərinə görə, qərar baza prinsipləri əsasında qəbul edilməlidir

Nesterenkonun sözlərinə görə, Azərbaycan ATƏT-in Minsk qrupunun işindən razıdır.

"Rusiya Azərbaycandan ATƏT-in Minsk qrupunun işindən narazılıq barədə siqnal almayıb", - Nesterenko deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti