...

Azərbaycan hökumətinin icazəsi olmadan Dağlıq Qarabağda hər hansı seçkilər keçirilə bilməz - Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2010 11:34 (UTC +04:00)
Azərbaycan hökumətinin və Mərkəzi Seçki Komissiyasının (MSK) icazəsi olmadan Dağlıq Qarabağda hər hansı seçkilər keçirilə bilməz, - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.
Azərbaycan hökumətinin icazəsi olmadan Dağlıq Qarabağda hər hansı seçkilər keçirilə bilməz - Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyev

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan hökumətinin və Mərkəzi Seçki Komissiyasının (MSK) icazəsi olmadan Dağlıq Qarabağda hər hansı seçkilər keçirilə bilməz, - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.

"Dağlıq Qarabağda hər hansı seçki keçirilə bilməz, çünki dünyanın heç bir ölkəsi Dağlıq Qarabağı müstəqil tərəf kimi tanımır. Ona görə ki, o, Azərbaycanın tərkib hissəsidir", - Əliyev bildirib.

Dağlıq Qarabağda separatçı rejim mayın 23-də "parlament seçkiləri" keçiririr.

Azərbaycan XİN ötən həftə Dağlıq Qarabağda "parlament seçkiləri"nin keçirilməsi ilə bağlı rəsmi etirazını bildirib.

Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti