...

Azərbaycanın gənclər təşkilatları Dağlıq Qarabağda keçiriləcək qondarma "parlament seçkiləri" ilə bağlı bəyanat qəbul ediblər (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 May 2010 11:56 (UTC +04:00)
Azərbaycanın bir qrup qeyri-hökumət təşkilatı erməni separatçılarının Dağlıq Qarabağda "parlament seçkiləri" keçirməsinə qarşı etiraz bəyanatı qəbul edib.
Azərbaycanın gənclər təşkilatları Dağlıq Qarabağda keçiriləcək qondarma "parlament seçkiləri" ilə bağlı bəyanat qəbul ediblər (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend, A.Hüseynbala/

Azərbaycanın bir qrup qeyri-hökumət təşkilatı erməni separatçılarının Dağlıq Qarabağda "parlament seçkiləri" keçirməsinə qarşı etiraz bəyanatı qəbul edib.

"Erməni separatçılarının keçirəcəkləri qondarma "parlament seçkiləri"nə etiraz əlaməti olaraq qəbul etdiyimiz bəyanat, BMT, ATƏT və digər beynəlxalq təşkilatlara ünvanlanacaq", - Trend-in məlumatına görə, cümə günü Trend Beynəlxalq Xəbərlər Agentliyində keçirilən tədbirdə Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının (AQMKGT) sədri Vüqar Qədirov bildirib.

Qədirovun sözlərinə görə, onun rəhbərlik etdiyi və digər ictimai birliklər erməni separatizminə, işğalına qarşı birgə fəaliyyət göstərmək və Azərbaycan həqiqətlərini beynəlxalq aləmdə təbliğ etmək məqsədilə birgə saziş də imzalayıblar.

Dağlıq Qarabağda keçiriləcək qondarma "parlament seçkiləri"nə etiraz bəyanatını və sazişi AQMKGT-dən başqa Qarabağ Gənclər Şurası, "Üçüncü sektor", "Zirvə" mədəniyyət və incəsənət, qadın və uşaq problemlərinin araşdırılması, təkamül və inteqrasiya, Azərbaycan Tələbə Hərəkatı, "Qayğı və himayə" ictimai birlikləri imzalayıblar.

Erməni separatçıları mayın 23-də Dağlıq Qarabağ bölgəsində qondarma "parlament seçkilər"i keçirəcək. Azərbaycanın Xarici İşlər Nazirliyi, Mərkəzi Seçki Komissiyası bununla bağlı rəsmi etiraz bəyanatı ilə çıxış ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti