...

Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2010 10:35 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 24-də saat 08:10-dan 08:20-dək, 13:00-dan 13:30-dək; iyunun 25-də saat 02:05-dən 02:25-dək və 08:05-dən 08:35-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 24-də saat 08:10-dan 08:20-dək, 13:00-dan 13:30-dək; iyunun 25-də saat 02:05-dən 02:25-dək və 08:05-dən 08:35-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə cümə günü Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənilər iyunun 24-də, həmçinin, saat 11:10-dan 11:20-dək, 21:05-dən 21:15-dək; iyunun 25-də saat 06:00-dan 06:15-dək və saat 07:50-dən 08:30-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 22:30-dan 22:40-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; iyunun 25-də saat 00:25-dən 00:50-dək Ağdam rayonu Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 01:30-dan 01:45-dək Tərtər rayonu Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti