...

Ermənistan silahlı qüvvələri yenidən atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyul 2010 10:36 (UTC +04:00)
Ermənistan silahlı qüvvələri yenidən atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələri yenidən atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 25-də saat 16:00-dan 16:05-dək Ermənistan Respublikasının İcəvan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi; saat 07:30-dan 07:50-dək Füzuli rayonunun Qorqan yaxınlığındakı mövqelərdən; saat 11:45-dən 11:50-dək Xocavənd rayonunun adsız yüksəkliklərindəki mövqelərdən; iyulun 26-da saat 00:50-dən 01:05-dək və 04:00-dan 04:20-dək Tərtər rayonunun Seysujlan və Göyarx kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti