Azərbaycan, Bakı, 5 avqust /Trend/
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 5-də saat 00:40-dan 00:55-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnə Qışlaq kəndində yerləşən mövqelərimizi:
- avqustun 4-də saat 11:20-dən 11:25-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən:
- saat 14:30-dan 14:40-dək və 21:30-dan 21:40-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:55-dən 23:05-dək və 22:50-dən 23:15-dək Ağdam rayonunun Qaraqaşlı və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:35-dən 22:55-dək, 23:45-dən 00:05-dək və avqustun 5-də saat 00:20-dən 01:10-dək Tərtər rayonunun Göyarx, Çaylı və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrnin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.