...

ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın aylarda Dağlıq Qarabağ münaqişəsi tərəflərinin xüsusi fəallığına ümid bağlayırlar - rəsmi bəyanat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2010 14:07 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiyadan İqor Popov, Fransadan Bernar Fasye və ABŞ-dan Robert Bradtke yaxın aylarda Dağlıq Qarabağ münaqişəsi tərəflərinin xüsusi fəallığına ümid edirlər. Bu barədə Minsk qrupunun rəsmi bəyanatında deyilir. Məlumatı ATƏT-in saytı yayıb.
ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın aylarda Dağlıq Qarabağ münaqişəsi tərəflərinin xüsusi fəallığına ümid bağlayırlar - rəsmi bəyanat

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir E. Tarıverdiyeva/

ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiyadan İqor Popov, Fransadan Bernar Fasye və ABŞ-dan Robert Bradtke yaxın aylarda Dağlıq Qarabağ münaqişəsi tərəflərinin xüsusi fəallığına ümid edirlər. Bu barədə Minsk qrupunun rəsmi bəyanatında deyilir. Məlumatı ATƏT-in saytı yayıb.

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlara yardım etmək səyləri çərçivəsində, ATƏT-in sammitinə qədər - yaxın aylar ərzində tərəflərin fəallığına ümid edirlər. Bəyanatda belə deyilir.

Bəyanatda qeyd edildiyi kimi, həmsədrlər sentyabrın 6-10-da atəşkəs rejiminin möhkəmlənməsi, kompromis ruhda danışıqlara təsir etmək və həmçinin, gələcək şərtlərin hazırlanması üçün lazım olan əlavə tədbirlərin müzakirəsindən ötrü Bakı,Yerevan və Dağlıq Qarabağa səfər edəcəklər. Sentyabrın üçüncü həftəsində həmsədrlər BMT Baş Assambleyasının kuluarında tərəflərlə işləmək üçün Vaşinqtona, Kolumbiya dairəsi, daha sonra Nyu-Yorka yola düşəcəklər.

Sentyabrın sonundan oktyabrın ortalarına qədər həmsədrlər yerlərdə vəziyyətin qiymətləndirilməsi, Dağlıq Qarabağa bitişik ərazilərdə humanitar yardıma müşahidə və bundan əvvəl tərəflərlə razılaşdırılmış münaqişənin nizamlanma prinsiplərinin müzakirəsi üzrə missiyanın keçirilməsi üçün regiona qayıdacaqlar. BMT-nin Qaçqınlarla İş üzrə Baş Komissarlığı idarə heyətinin nümayəndələri daxil olmaqla, məsləhətçi və ekspertlərdən ibarət yüksəksəviyyəli qrup 2005-ci ildən bu ərazilərdə birinci beynəlxalq missiyanın həmsədrlərini müşayiət edəcək. Müşahidənin yekunları üzrə çıxışlar Vyanada təqdim olunacaq. Daha sonra, bəyanatda deyildiyi kimi, həmsədrlər ATƏT Daimi Şurasının fəaliyyəti barədə illik məruzə hazırlayacaq və Astanada ATƏT-in sammitinə hazırlıq üzrə fəal işləyəcəklər.

Həmsədrlər intensiv fəaliyyət dövründə bütün tərəfləri atəşkəs barədə razılığı ciddi müşahidə etmək və tərəqqi üçün vacib olan kompromis ruhunun möhkəmlənməsi üçün yerlərdə səbrli olmağı qoruyub-saxlamaq, mənfixarakterli açıq bəyanatlardan uzaq olmaq, həmçinin, ciddi dialoqun başlanğıcı üçün inamlı siyasi iradə nümayiş etdirməyə çağırırlar. Bəyanatda deyildiyi kimi, cəbhə xəttində son insidentlərə cavab olaraq, həmsədrlər atəşkəs rejimi haqqında razılaşmanı istənilən şəkildə pozmağı qətiyyətlə ittiham edirlər, insanların tələfatına təəssüf edirlər, həmçinin, Almatıda iki ölkə nazirlərinin zor tətbiqinin vəziyyəti çətinləşdirməsi və yalnız iztirablar, münaqişənin davamına gətirib-çıxardığı barədə bəyanatını xatırladırlar.

Xəbər lenti

Xəbər lenti