...

Ötən ay Azərbaycanda 1990 PHS zərərsizləşdirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2010 12:35 (UTC +04:00)
Ötən ay Azərbaycanda 2 milyon 450 min 481 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Bu barədə cümə günü Trend-ə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Ötən ay Azərbaycanda 1990 PHS zərərsizləşdirilib

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ötən ay Azərbaycanda 2 milyon 450 min 481 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə cümə günü Trend-ə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlar nəticəsində 1990 PHS və 10 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 425 mütəxəssis və 115 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 30 minaxtaran it iştirak edib.

İndiyədək cəmi 146 milyon 350 min 726 kvadratmetr ərazi təmizlənib, 629 min 397 mina və PHS zərərsizləşdirilib.

ANAMA tərəfindən təmizləmə əməliyyatları Ağstafa, Ağdam, Goranboy, Göy-göl, Tərtər, Füzuli və Bakı şəhəri Qaradağ rayonu ərazisində aparılır.

ANAMA-nın Çevik Əməliyyat Qrupu isə Ağdam rayonu Evoğlu kəndində 15 evin mina/PHS-lərdən təmizlənməsi əməliyyatlarını həyata keçirib.

Oktyabr ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti