...

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT sammitində müzakirə olunacağına ümid edir - səfir Zakir Həşimov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Noyabr 2010 14:16 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Astanada ATƏT sammitində müzakirə olunacağına ümid edir. Bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov deyib.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT sammitində müzakirə olunacağına ümid edir - səfir Zakir Həşimov

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Astanada ATƏT sammitində müzakirə olunacağına ümid edir. Bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov deyib. Xəbəri "KazTaq" agentliyi yayıb.

"Ümid edirik ki, sammitdə Qarabağ məsələsinə dair müəyyən irəliləyiş olacaq", - o, Qazaxıstanın ATƏT-ə sədrliyinə həsr edilmiş "dəyirmi masa" formatında iclasdan əvvəl jurnalistlərə bildirib.

Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində Azərbaycan ərazilərini iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildən ATƏT-in Minsk qrupunun himayəsi altında münaqişənin nizamlanması üzrə sülh danışıqları prosesi aparılır.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT sammitində iştirakını təsdiqləyib.

Sammit dekabrın 1-2-də keçiriləcək və orada ATƏT üzvü olan 56 ölkənin və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, eləcə də 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak edəcək. ATƏT-in sonuncu sammiti 1999-cu ildə İstanbulda keçirilib.

Qazaxıstanın ATƏT-ə sədrliyi başa çatır. Görülən işlər barədə danışarkən səfir Həşimov bildirib ki, Qazaxıstan özünü ən yaxşı sədrlərdən biri kimi göstərib.

"Qazaxıstan Qırğızıstanda, Əfqanıstanda və dünyanın bir çox nöqtələrində xeyli işlər görüb. "Dondurulmuş münaqişələr" adlandırılan regionlarda münasibətlərin yaxşılaşdırılmasına çoxlu qüvvə sərf olunub. Bizi maraqlandıran isə Dağlıq Qarabağ münaqişəsidir", - səfir deyib.

O, həmçinin, xatırladıb ki, ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın XİN rəhbəri Kanat Saudabayev nümayəndə heyəti ilə sədrliyinin əvvəllərində Cənubi Qafqaza səfər edib. ATƏT komissiyası Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə tanış olub.

Xəbər lenti

Xəbər lenti