...

Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqazda sülhün bərqərar olmasına imkan verəcək - Türkiyə XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2011 20:27 (UTC +04:00)
AŞ PA-nın qış sessiyası zamanı qurumun Nazirlər Komitəsinin sədri qismində çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqazda sülhün bərqərar olmasına imkan verəcək.
Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqazda sülhün bərqərar olmasına imkan verəcək - Türkiyə XİN rəhbəri

Fransa, Strasburq, 24 yanvar /Trend, müxbir A.Məhərrəmli/

AŞ PA-nın qış sessiyası zamanı qurumun Nazirlər Komitəsinin sədri qismində çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqazda sülhün bərqərar olmasına imkan verəcək.

Onun sözlərinə görə, Cənubi Qafqazda təhlükəsizlik və münasibətlərin normallaşdırılması üçün təkcə Türkiyə ilə Ermənistan arasında deyil, o cümlədən Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşmalıdır.

XİN rəhbəri bildirib ki, əgər Ermənistan AŞ-nin bütün dəyərlərinə hörmət etsə, bir gün Avropanın bu hissəsində sülh bərqərar olacaq.

"Hesab edirəm ki, əgər bu belə olarsa, Azərbaycanla Ermənistan arasında münasibətlər əsaslı şəkildə yaxşılaşar", - o deyib.

XİN rəhbəri onu da qeyd edib ki, Türkiyə onu əhatə edən ölkələri dost kimi görür və əgər Ermənistan da ətrafında dost ölkə görmək istəyirsə, Azərbaycanı da dost qismində görməlidir.

"Türkiyə qonşuları ilə bütün məsələləri açıq şəkildə müzakirə etməyə hazırdır. 2009-cu ildə Ermənistanla münasibətlərin normallaşmasını nəzərdə tutan protokolların imzalalanması bir çox məqsəd daşıyırdı", - Davudoğlu əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti