...

Serbiya Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəklədiyini bəyan edib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 May 2011 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir S.Ağayeva/

Belqradda ikigünlük rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov səfərinin ikinci günü - mayın 4-də Serbiya Prezidenti Boris Tadiç tərəfindən qəbul edilib . Nazir ölkə Parlamentinin sədri xanım Slavitsa Cukiç-Deyanoviç, Baş nazir Mirko Tsvetkoviç, Baş nazirin birinci müavini və daxili işlər naziri İvitsa Daçiç, əmək və sosial siyasət naziri Rasim Lyayiçlə görüşüb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı XİN-in mətbuat xidməti məlumat yayıb.

Prezident Tadiçlə görüş zamanı Serbiyanın dövlət başçısı iki ölkənin prezidentləri arasında dost və mehriban münasibətlərin mövcud olduğunu vurğulayıb. Tadiç bu il iyunun 8-9 -da Azərbaycan Prezidenti İ ham Əliyevi ölkəsində səfərdə görməkdən məmnun olacağını bildir ib. Serbiya Prezidenti səfərin ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu deyib.
Tadiç Serbiyanın Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğulayıb. Eyni zamanda, Azərbaycan rəhbərliyinə Serbiyanı Kosovo məsələsində dəstəklədiyinə görə təşəkkürünü bildirib. Serbiya-Azərbaycan iqtisadi əlaqələrinə toxunan Tadiç son bir ildə bu əlaqələrdə canlanma olmasına baxmayaraq, iki ölkənin potensialından tam istifadə edilmədiyini və yeni müstəviyə yüksəldilməsi üçün iki ölkə hökumətlərinin və əlaqədar qurumların üzərinə mühüm vəzifələr düşdüyünü bildirib.

Azərbaycanın mühüm geostrateji əhəmiyyətə və böyük enerji ehtiyatlarına malik olduğunu qeyd edən Prezident Azərbaycanın xarici siyasətində və həmçinin enerji sahəsində balanslı siyasət yeritdiyini, ölkəsinin bu sahədə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Məmmədyarov öz növbəsində, Azərbaycanda siyasi, iqtisadi-sosial vəziyyət, aparılan demokratik islahatlar barədə ətraflı məlumat verib. Ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişafın qorunub saxlanmasında Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin xalq tərəfindən tam dəstəkləndiyini vurğulayıb. Nazir Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən bəhs edərək, Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz boşaldılmasına dair BMT-nin dörd qətnaməsinin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyi, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə geniş məlumat verib. O, həmçinin münaqişənin sülh yolu ilə, yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı və beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində ədalətli həll olunmasının vacibliyini bildirib.

Məmmədyarov Azərbaycan-Serbiya ikitərəfli münasibətlərinə toxunub. O, bildirib ki, son illərdə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsinə baxmayaraq, bu sahədə əlaqələr mövcud potensialdan aşağıdır. Nazir qeyd edib ki, əməkdaşlığın inkişafı üçün böyük potensial var.

Serbiya Parlamentinin sədri xanım Cukiç-Deyanoviçlə görüşdə Məmmədyarov Azərbaycanda siyasi, iqtisadi-sosial vəziyyət, həyata keçirilən demokratik islahatlar, ölkəmizdə siyasi sabitlik, iqtisadi inkişaf və Azərbaycan Parlamentinin, o cümlədən Milli Məclisdə Azərbaycan-Serbiya parlamentlərarası dostluq qrupunun fəaliyyəti, həmçinin Serbiyaya səfəri çərçivəsində keçirdiyi görüşlər barədə ətraflı məlumat verib.

Xanım Cukiç-Deyanoviç öz növbəsində, Serbiya və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin mövcudluğuna baxmayaraq, digər sahələrdə, o cümlədən parlamentlərarası əlaqələri genişləndirmək üçün böyük potensialın mövcud olduğunu qeyd edib. Spiker ikitərəfli əlaqələrin yeni müstəviyə yüksəldilməsi üçün iki ölkə parlamentləri üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb, ikitərəfli əlaqələrin inkişafı naminə parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyi fikrini dəstəkləyib. O, Serbiyanın Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb.

Həmin gün Məmmədyarov Serbiya Respublikasının Baş naziri Mirko Tsvetkoviçlə görüşüb. Görüş zamanı Tsvetkoviç Serbiya-Azərbaycan iqtisadi əlaqələrinin, o cümlədən ticarət mübadiləsinin aşağı səviyyədə olduğunu və hər iki ölkənin iqtisadi potensialına cavab vermədiyini təəssüflə vurğulayıb, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən hərtərəfli əməkdaşlığın, xüsusilə də iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib. Baş nazir Serbiyanın Azərbaycanla iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini, ilk növbədə energetika, neft, kimya və s. sahələrdə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.

Tsvetkoviç, həmçinin ölkəsinin müxtəlif beynəlxalq qurumlara, o cümlədən Aİ-yə inteqrasiyası, ölkə qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. O, ölkəsinin Rusiya, Qazaxıstan Ukrayna, Belarus, Türkiyə kimi ölkələrlə azad ticarət haqqında sazişlər imzalamasından bəhs edərək, Azərbaycanla da belə bir əməkdaşlığı və sənədin imzalanmasını arzu etdiklərini söyləyib.

Məmmədyarov Azərbaycanda müvəffəqiyyətlə həyata keçirilən iqtisadi islahatlar, ölkə iqtisadiyyatına böyük həcmdə xarici sərmayə qoyuluşu, ölkəmizin bir sıra, ilk növbədə enerji sahəsində, iri strateji və regional layihələrin təşəbbüsçüsü və onları reallaşdıran ölkə olması barədə Tsvetkoviçə ətraflı məlumat verib. Azərbaycanlı nazir ölkəmizin də Serbiya ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsinin tərəfdarı olduğu bildirib.

Serbiyanın Baş nazirinin birinci müavini və daxili işlər naziri Daçiçlə görüşdə Məmmədyarov Azərbaycan-Serbiya ikitərəfli münasibətlərindən bəhs edərək, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar olduğunu, qarşılıqlı milli maraqlar əsasında bu əlaqələrin möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüş zamanı qloballaşan dünyada beynəlxalq təhlükəsizlik, terrorçuluq, mütəşəkkil cinayətkarlıqla mübarizə və s. aktual məsələlərə dair fikir mübadiləsi aparılıb.

Məmmədyarov növbəti görüşü Serbiyanın müsəlman icmasının liderlərindən biri, Serbiya Sosial-Demokrat Partiyasının sədri, Serbiyanın müsəlman icmasının məskunlaşdığı Sancak bölgəsinin parlamentdə təmsilçisi, əmək və sosial siyasət naziri Rasim Lyayiçlə olub.

Lyayiç Voyevodina diyarının mərkəzi Novi Sad şəhəri ərazisində məskunlaşan serb qaçqınlara, həmçinin Belqrad şəhərində yerləşən Körpə, uşaq və yeniyetmələrin rifahı Fondu nəzdində fəaliyyət göstərən kimsəsiz ana və uşaq stasionarına göstərilmiş humanitar yardımlara görə Azərbaycan dövlətinə, hökumətinə, Heydər Əliyev Fonduna və ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O, bu addımın Serbiya hökuməti tərəfindən yüksək dəyərləndirildiyini qeyd edib və təşəkkürünü bildirib.

Məmmədyarovun keçirdiyi bütün görüşlərdə Serbiya tərəfi Azərbaycan hökuməti tərəfindən Belqraddakı "Taşmaydan parkı"nın abadlaşdırılmasına görə Azərbaycan dövlətinə, hökumətinə və rəhbərliyinə təşəkkürünü bildirib, bu layihənin iki ölkə arasında dostluq rəmzinin bariz nümunəsi olduğunu vurğulayıb və xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcəyini bildirib.

Həmin gün Məmmədyarov keçmiş Yuqoslaviya lideri İosip Broz Titonun mavzoleyini ziyarət edib.

Məmmədyarov , həmçinin Azərbaycan ın Serbiya dakı səfirliyinə gələrək, Səfirliyin kollektivi, Serbiyadakı Azərbaycan diaspor unun nümayəndələri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiya-Azərbaycan İ qtisadi-ticarət Palatasının üzvləri ilə görüş üb.

Serbiyaya ikigünlük rəsmi səfərini başa vurduqdan sonra Azərbaycan ın xarici işlər naziri Belqraddan Monteneqronun paytaxtı Podqoritsaya yola düş üb.

Xəbər lenti

Xəbər lenti