...

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün tarixi açıqlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2011 14:39 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyan iyunun 11-də Moskavada Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi məqsədilə görüş keçirəcəklər.
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün tarixi açıqlanıb

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyan iyunun 11-də Moskavada Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi məqsədilə görüş keçirəcəklər. Trend-in məlumatına görə, bu barədə "Voice of America" radiostansiyasına müsahibəsində Azərbaycanın xarici işlər naziri deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti