...

Misir Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini açıqlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyul 2011 14:53 (UTC +04:00)
Misir Ərəb Respublikası Qafqaz regionunun təhlükəsizliyinə və sabitliyinə böyük maraq göstərir və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və beynəlxalq qanunlar çərçivəsində sülh yolu ilə həllinin vacibliyinə dair mövqeyini bir daha təsdiq edir.
Misir Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini açıqlayıb

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Misir Ərəb Respublikası Qafqaz regionunun təhlükəsizliyinə və sabitliyinə böyük maraq göstərir və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və beynəlxalq qanunlar çərçivəsində sülh yolu ilə həllinin vacibliyinə dair mövqeyini bir daha təsdiq edir. Trend-in məlumatına görə, bu barədə Misirin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilir.

"Bu məsələ ilə bağlı Misir Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda göstərilən bütün səyləri və xüsusilə ATƏT-in Minsk qrupunun səylərini diqqətlə izləyir, münaqişənin həlli üçün edilən cəhdlərin müvəffəqiyyətli olacağına və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülhə nail olunacağına ümid bəsləyir", - məlumatda qeyd olunur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti