...

Almaniya Dağlıq Qarabağ rejimini və onun nümayəndəliyini tanımır - səfirlik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Sentyabr 2011 17:56 (UTC +04:00)
Almaniya Dağlıq Qarabağ rejimini və onun nümayəndəliyini tanımır. Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi bəyanat verib.
Almaniya Dağlıq Qarabağ rejimini və onun nümayəndəliyini tanımır - səfirlik

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Almaniya Dağlıq Qarabağ rejimini və onun nümayəndəliyini tanımır. Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi bəyanat verib.

Trend-in məlumatına görə, Almaniya səfirliyinin bəyanatında deyilir ki, Almaniyanın mövqeyində heç bir dəyişiklik yoxdur: ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ rejimini və onun nümayəndəliyini tanımır.

Bir neçə gün bundan əvvəl Azərbaycan səfirliyi Almaniya XİN-ə sentyabrın 19-da Ştutqart şəhərində Dağlıq Qarabağdakı separatçı rejimin "20 illik müstəqilliyi"nə həsr olunmuş "Arsaxın 20 illiyi" adlı konsert proqramının planlaşdırılmasına etiraz notası təqdim edib.

Səfirlik bildirir ki, Almaniya qondarma "Dağlıq Qarabağ Respublikası" və onun strukturlarını tanımamaq siyasətini davam etdirir və Almaniyanın dövlət strukturlarının "Arsax Dostları" təşkilatı və ona bənzər qurumlarla heç bir əlaqəsi yoxdur.

Ştutqartdakı həmin tədbirin təşkilatçılarından biri də "Arsaxın Dostları" təşkilatıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti